Gürcüstan parlamenti ölkə Konstitusiyasına bir sıra dəyişiklikləri nəzərədə tutan qanun layihəsini qəbul edib.

Dəyişikliklərə əsasən, növbəti iki parlament seçkilərində keçid həddi 5%-dən 2%-dək endirilib.

Bununla yanaşı, parlamentdə fraksiya yaratmaq üçün lazım olan deputat sayı 7 nəfərdən 4 nəfərədək azaldılıb.

Qeyd edək ki, ölkənin ana qanununa dəyişikliklər aprelin 19-da hakim “Gürcü Arzusu” ilə müxalifət partiyaları arasında əldə olunan razılaşmanın tərkib hissəsidir.