ABŞ-ın “Ford” şirkəti 38 min avtomobilini geri çağırır.

Xarici mətbuat xəbər verir ki, söhbət 2021-ci il istehsalı olan “Mustang Mach-E” krossover tipli avtomobillərdən gedir.

Geri çağrılma düzgün bərkildilməyən ön şüşə və panorama lükla bağlıdır. Belə ki, bu qüsur nəticəsində nəqliyyat vasitəsi hərəkətdə olan zaman həmin detallar ayrılaraq düşə bilər. Şirkət hələlik belə hallar barədə hər məlumatın daxil olmadığını deyir.

Xatırladaq ki, iyulda “Ford” 850 min avtomobilini geri çağırıb.