Xəbər verdiyimiz kimi bir neçə saat əvvəl Abşeron rayonu ərazisində əməkdar mədəniyyət işçisi Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Xəbəri eşidən sənət yoldaşları, dostları hələ də onun ölümünə inana bilmirlər.

İqtisadiyyat.az-a danışan aparıcı Elgiz Əkbər bildirib ki, bu gün Dilarə Əliyeva ilə telefonla danışıb:

"Təbii ki, xəbəri eşidib dəhşətə gəldim. İnanmırdım. Hələ də inana bilmirəm. Bu gün Dilarə xanımla o qədər gözəl danışdıq, söhbət etdik, şənbə günü verlişimiz olacaqdı. Oqtay müəllimi də soruşdum, dedi hər şey yaxşıdır, gözəl, yüksək səviyyədə. Birdən birə belə hadisənin baş verməsi.. Nə bilim vallah. Çox üzülürəm. Əlimizdən nə gəlir, Allah rəhmət etsin. Ailəsinin, anasının, yoldaşının, balalarının başı sağ olsun."