Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) pikap tipli nəqliyyat vasitələri alır.

İqtisadiyyat.az xəbər verir ki, ümumilikdə 8 pikap sifariş edilib.

Avtomobilləri AQTİ-yə "Diamond Motors" şirkəti təhvil verəcək.

Nəqliyyat vasitələrin alışı AQTİ-yə 528.000 manata başa gələcək. 

Qeyd edək ki, "Diamond Motors" MMC 2006-cı ildən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileridir.