Xocalı şəhər tam orta məktəbi və körpələr evi - uşaq bağçası əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

Təmir işlərini “Ideal TM” Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Tam orta məktəbin əsaslı təmir işləri 730 000 manata, uşaq bağçasının əsaslı təmir işləri 270 000 manata başa gələcək.