Britaniyada son 24 saatda 207 nəfər koronavirusun qurbanı olub.

Bu, son 6 ayda qeydə alınan ən yüksək göstəricidir.

Həmçinin, sutka ərzində 35 693 nəfərin COVID testi pozitiv çıxıb.

Pandemiyanın başlanmasından bəri ölənlərin toplam sayı isə artıq 156 mini ötüb.

Bugünədək İngiltərədə 43 milyona yaxın insanın vaksinasiyasının tamamlandığı bildirilib.