Xəbər verdiyimiz kimi, Novruz bayramı ilə əlaqədar olaraq qarşıdan 9 günlük qeyri-iş günləri gəlir. Şübhəsiz bu tətildən istifadə edərək əksər insanlar istirahətə üz tutacaqlar. Bəs ölkənin istirahət mərkəzlərində qiymətlər necədir?
İqtisadiyyat.az ölkənin tanınmış istirahət mərkəzlərindəki qiymətləri təqdim edir:
Şamaxıda yerləşən “Şamakhi Palace Sheredil”dən sorğumuza cavab olaraq 2 nəfər üçün 1 gecəlik qiymətin 304 AZN olduğu bildirildi.
“Sakit Göl” adlanan istirahət mərkəzində isə qiymətlər 2 nəfər üçün 190-240 AZN arasında dəyişir.
“Qalaaltı Hotel” bayram günlərində 2 nəfər üçün 290-360 AZN arasında otaqlar təklif edir.
Qubada yerləşən “Quba Palace Hotel”dən bildirdilər ki, 2 nəfər üçün otaqlar bir gecəlik 195-265 AZN arasında dəyişir. Həmçinin burada 4 və 8 nəfərlik villalar var ki, bunlar da qonaqlara 390-1200 AZN aralığında təklif edilir.
Qəbələdə yerləşən “Qafqaz Tufandağ Mountain Resort Hotel”də 1 gecə üçün 298 – 353 manat aralığında təkliflərdən yararlanmaq mümkündür.
“Qafqaz Riverside Hotel”dən bildirildi ki, 2 nəfərlik otaqlar bir gecə üçün 258 AZN təşkil edir.
Şamaxıda yerləşən “Şamaxı Sport Villa”da iki nəfər üçün qiymətlər 1 gecə-130 AZN olaraq təklif edilir.
Cavidan Mirzəzadə / İqtisadiyyat.az