Azərbaycan ilə Ukrayna arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 247 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 274,6 milyon dollar və ya 52,6 % azdır.

Hesabat dövründə ölkədən Ukraynaya 75,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 171 milyon dollar olub.

Bununla da Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi son 5 ilin ən aşağı səviyyəsinə enib.

2019-2023-cü illərdə Azərbaycan və Ukraynanın ticarət dövriyyəsi belə olub:

Gözəl Həşimova