Sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən şimal-qərb küləyi arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, bu sarı xəbərdarlığa uyğundur.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.