Azərbaycanın minifutbol komandası "AzNur" Polşanın paytaxtı Varşavada start götürən Çempionlar Liqasına Fransanın "Les Piopio" klubu üzərində qələbə ilə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib.

Azərbaycanın digər klubu "Birbaşa Bakı" İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.