Azərbaycanda səfərdə olan Beynəlxalq Hakimlər İttifaqının Prezidenti Duro Sessan Azərbaycanda məhkəmə-hüquq islahatları barədə məlumatlandırılıb.

Bu barədə İqtisadiyyat.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda səfərdə olan D.Sessana ölkədə aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb. Məlumatda vurğulanıb ki, bu istiqamətdə Beynəlxalq Hakimlər İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Duro Sessa ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.