2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 731 milyon 219,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,2% çoxdur.

Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 24.7% artaraq 553 milyon 565,3 min manat və ya bazar üzrə bütün sığorta haqlarının 75,7%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 32.9% artaraq  316 milyon 57,4 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 15.3% artaraq 237 milyon 507,9 min manat təşkil edib.