İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Xidmətindən bildirilib.

Hərracda İsmayıllıda yerləşən “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqlarının müvafiq olaraq 7 və 3 hektar sahəsi, Qəbələdə olan “Siləyli” qum-çınqıl yatağının 8 hektar, Salyanda “Babazənən-I” gil yatağının 6 hektar, Ağcabədidə “Qarqarçay III” qum-çınqıl yatağının isə 15,3 hektar sahəsi istifadəyə verilib.

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə https://clck.ru/34isSY linki vasitəsilə tanış olmaq olar.