Azərbaycan 2021-ci il üzrə xoşbəxtlik indeksinə görə dünyada ilk 5 ölkə sırasında yer alıb.

Bu barədə məlumat “Gallup İnternational” beynəlxalq müstəqil araşdırma agentlikləri birliyinin keçirdiyi rəy sorğusunda öz əksini tapıb.

Xoşbəxtlik indeksində ardıcıllıq Kolumbiya (+79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziyadır (+73). Azərbaycan +70 balla bu siyahıya 5-ci sırada daxil olub. 

Ümid indeksinə görə isə sıralama belədir: İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika və Vyetnam (hər ikisi +47 xalis xal).

Son olaraq 2022-ci il üçün iqtisadiyyatla bağlı daha nikbin ölkələr Nigeriya (61%), (58%), Vyetnamda (55%) və Azərbaycanda (52%), Albaniya, Hindistandır (hər ikisi 49%).