Hindistan iyul ayında Rusiyadan 2,8 milyard dollar dəyərində neft alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın "CREA" tədqiqat mərkəzi məlumat yayıb.

Beləliklə, ölkə Çindən sonra Rusiya karbohidrogenlərinin dünyada ikinci ən böyük idxalçısı olub.

Ötən ay Rusiyanın neft ixracında Çinin payı 47%, Hindistanın payı 37% təşkil edib.

Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi isə 2023-cü ildə 65 milyard dollara çatıb. Rusiya Hindistanın dördüncü aparıcı ticarət tərəfdaşı kimi mövqeyini qoruyub saxlayır.

 

Gözəl Həşimova