Bu ilin yanvar-may aylarında Azərbaycana 611,968 milyon ABŞ dolları dəyərində 40 264 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 65,6 % və 40,4 % çoxdur.

5 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,8 dəfə azalaraq 61 ədəd (4,117 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 41,6 % artaraq 37 394 ədəd (549,138 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 5 884-ü (125,575 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 812-si (34,383 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 15,8 %, ikincinin isə 6,2 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 42,2 % artaraq 2 633 ədəd (39,490 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 35,4 % artaraq 176 ədəd (19,223 milyon ABŞ dolları dəyərində) olub.