Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin ikinci rübündə 479 min ədəd elektrikli avtomobil istehsal edib. Bu, şirkət tarixində rekord göstərici hesab olunur.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu dövrdə şirkətin tədarükü də rekord səviyyəyə - 466,140 ədədə çatıb.

"Model S" və "X" elektrik avtomobillərinin istehsalı illik müqayisədə (ötən ilin ikini rübü ilə) 18,8% və rüblük müqayisədə (birinci rüb ilə) 0,3% artaraq 19 min 489 ədədə çatıb. Eyni zamanda, 460 min 211 ədəd "Model 3" və "Y" elektromobilləri istehsal olunub ki, ötən ilin ikinci rübü ilə müqayisədə 90%, birinci rüblə müqayisədə isə 9,2% çoxdur.

"Tesla" cəmi 460 min 211 ədəd "Model 3" və "Model Y", 19 min 489 ədəd "Model S" və "Model X" avtomobil tədarükü həyata keçirib. Beləliklə, avtomobil istehsalçısı bu ilin ikinci rübündə istehsalını və tədarükünü illik müqayisədə 80%-dən çox artırıb.

Məlumata görə, "Tesla"nın ABŞ, Çin və digər ölkələrdə qiymət azaltma strategiyası satışları artırmağa kömək edib. İkinci rübdə isə qiymət endirimləri şirkətin gəlirliliyinə təsir göstərib.