“Aİ Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinə əsasən Avropa İttifaqı (Aİ) şirkətlərinin 75 faizi pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri tam dəstəkləyir”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“55 faiz şirkət vergi güzəştləri və fiskal imtiyazlarını, 49 faiz pandemiyanın daha çox təsir etdiyi sahələrdə əməkhaqlarının ödənilməsini, 40 faiz isə inzibati prosedurların rəqəmsallaşdırılmasını yüksək qiymətləndirib”, - deyə, nazir qeyd edib.