Ukraynanın Baş naziri Denis Şmıqal bəyan edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa üçün bu il 1,5 milyard avro ayırmağa söz verib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

O, bu məsələləri AYİB rəhbəri Odil Renaud-Basso ilə müzakirə etdiyini bildirib. Nazirin sözlərinə görə, bank cari ildə dövlət və özəl sektorun, xüsusən də kiçik və orta biznesin dəstəklənməsinə, yol tikintisinin maliyyələşdirilməsinə, şəhərlər və icmalarla əməkdaşlığa, enerji sektorunun dəstəklənməsinə diqqət ayırmağı planlaşdırır.

“Bankın bu il üçün əvvəlcədən planlaşdırılan dəstək portfeli 1,5 milyard avrodur”, - deyə Şmıqal yazıb.