Avropa İttifaqı ölkələri ötən il müxtəlif elektromobillərin idxalına ümumilikdə 29 milyard avrodan çox vəsait xərcləyib.

Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ-yə üzv ölkələrin elektromobil ticarəti ilə bağlı məlumatları açıqlayıb.

Müvafiq olaraq, AB ölkələri 11,8 milyard avro hibrid avtomobil, 11,4 milyard avro tam elektrik və 5,9 milyard avro plug-in hibrid avtomobil idxal edib. Belə ki, Aİ müxtəlif elektromobillərin idxalına ümumilikdə 29,1 milyard avro xərcləyib.

AB-nin elektriklə işləyən avtomobil ixracı isə idxalını üstələyib.

Üzv ölkələr 22,9 milyard avro hibrid, 12,3 milyard avro elektrik və 6,8 milyard avro plug-in hibrid avtomobillər ixrac edib.

Aİ ölkələrinin ümumi elektrik avtomobil ixracı 42 milyard avroya çatıb.