ABŞ Rusiyaya məxsus dörd xəbər saytına qarşı sanksiya tətbiq edib.

TASS xəbər verir ki, “SouthFront”, “NewsFront”, “İnforos” agentliyi və “Strateji Mədəniyyət Fondu”nun saytları Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılır.

“Rusiya kəşfiyyat xidmətləri tərəfindən idarə olunan saytların ABŞ-da bölücü mövzuları təbliğ etdiyi, amerikalı siyasətçiləri ləkələdiyi, yanlış və yalan məlumatlar yaydığı” bildirilir.