ABŞ Hərbi Dəniz Qüvvələri İranın ABŞ sualtı qayığına xəbərdarlıq edilməsi ilə bağlı iddialarını təkzib edib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran rəsmilərinin Amerika sualtı qayığının Hörmüz boğazından keçməsi ilə bağlı açıqlamalarını yalan adlandırıb.

“ABŞ-ın 5-ci Donanması beynəlxalq hüququn icazə verdiyi yerdə fəaliyyətini davam etdirir”, - qeyd olunub.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şahram İraninin sözlərinə görə, Amerika sualtı qayığı İranın ərazi sularına daxil olarkən “Fateh” sualtı qayığının xəbərdarlığından sonra istiqamətini dəyişib.

“ABŞ sualtı qayığı Hörmüz boğazına yaxınlaşarkən İranın ərazi sularına bir qədər yaxın olduğundan yerli sualtı “Fateh” patrulu tərəfindən aşkar edilib və lazımi xəbərdarlıqlar edildikdən sonra suyun səthinə çıxmağa məcbur edilib”, - o vurğulayıb.