İlon Maskın Twitter-i alması ilə şirkətdə demək olar ki, hər gün sensasiyalı hadisə baş verir. Maskın avtoritar münasibəti və köklü dəyişiklik planları şirkət daxilində xaosa gətirib çıxarır. Görünən odur ki, şirkət yaxın günlərdə xeyli gərginlik yaşayacaq.

İlon Mask Twitter-i ələ keçirən kimi ilk iş yeri kimi şirkətin top-menecerlərini işdən çıxardı.

Fenomenal iş adamı öz işçilərinə elektron məktubda ultimatum verib. Twitter 2.0 platformasında yeni eranı təyin edən Mask, işçilərindən ya işdən çıxmalarını, ya da sıx iş saatlarına hazır olmalarını istəyib.