Müdafiə Nazirliyi keçirdiyi tenderin qalibini elan edib.

İqtisadiyyat.Az FED.Az-a istinadən xəbər verir ki, Nazirliyinin tenderinin qalibi “ Carçıoğlu Group” MMC olub və şirkətlə 3 lot üzrə ümumi məbləği 1 mln 456 min 339 manat olan müqavilə imzalanıb.

Tender camaşırların yuyulması xidmətinin satın alınması üzrə olub və 3 lot üzrə keçirilib: lot1. Bakı zonası üzrə (82 min 080 manat), lot2. Qazax zonası (908 min 709 manat) və Beyləqan zonası üzrə (465 min 550 manat).