Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Sergey Lupançuk vəzifəsindən azad edilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Lupançukun yerinə Ukrayna Qəhrəmanı, briqada generalı Aleksandr Trepak təyin olunub.