'Bakı Metropoliteni' QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan işlər ilə bağlı açıq tender elan edib.

İqtisadiyyat.Az tender şərtlərini təqdim edir:

Tender 6 lot üzrə keçirilir::

lot 1 - Xətai stansiyası üçün müxtəlif tip ehtiyat gərginlik qoşucularının və idarəetmə qutularının quraşdırılması işləri
lot 2 - Bakmil stansiyasının inzibatı otaqlarında kondisioner sisteminin quraşdırılması işləri
lot 3 - N.Nərimanov Elektrik deposunda A-12 yarımstansiya ilə 6/0.4 kv-kuq D-1 alçaldıcı yarımstansiya arasında kabel kollektorunun tikintisi işləri
lot 4 - Avtovağzal-M.Əcəmi stansiyaları ərazisində yeraltı su anbarına su xəttinin çəkilməsi işləri
lot 5 - Xocasən Elektrik deposunun ərazisindən keçən 6 KV-luq hava və kabel xətlərinin ərazidən kənara çıxarılması işləri
lot 6 - N.Nərimanov Elektrik deposunun ərazisində Depo-1 yarımstansiyasında və Avtonəqliyyat kolonun yük maşınlarının sexində döşəmənin epoksid döşəmə örtüyü ilə rənglənməsi işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mikayıl Rəfili 20 (Əlaqələndirici şəxs :Zakir Hacıyev, telefon :(012) 490-00-91) ünvanından ala bilərlər.

İştirak haqqı

lot 1 - 100 manat
lot 2 - 150 manat
lot 3 - 200 manat
lot 4 - 100 manat
lot 5 - 100 manat
lot 6 - 100 manat

Hesab:AZ98AZRT38050019440010268002
VÖEN1402871431
Bank:Azər Türk Bank Mərkəz filialıÂ
Kodu:501361
VÖEN:9900006111
M/H:AZ02NABZ01350100000000022944
S.W.İ.F.T:AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət, Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, Tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır), Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır), Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış, İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,Digər sənədlər: -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır), -tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-26 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-12-04 17:00qədər Bakı, Mikayıl Rəfili 20 (İcraya Nəzarət, Kargüzarlıq və Təsərrüfat İşləri şöbəsi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-12-05 15:00 tarixində Bakı, Mikayıl Rəfili 20 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI