Apple, iPhone seriyası ilə smartfon dünyasının ən əhəmiyyətli adı oldu. Şirkət bu uğura güclü cihazları və unikal dizaynı ilə nail olub. iPhone ilə eyniləşdirilən “Lightning” girişi son vaxtlar müzakirə mövzusu olub. Şirkət yeni seriyasında “Lightning” yerinə “USB-C” girişini daxil edəcək.

İyun ayında alınan qərarla Avropa Birliyi texnologiya məhsullarına vahid girişə qərar verdi. Bu, bir çox texnologiya şirkətlərini standart USB-C portuna keçməyə məcbur etdi. Bu vəziyyəti çətin də olsa qəbul edən Apple, önümüzdəki illərdə Avropa üçün USB-C girişinə keçəcək.

Bütün sahələrdə sənayenin ən yaxşısı olmaq şüarı ilə işləyən və əsasən bu sahədə uğurlu olan Apple, standart girişdə də ən yüksək səviyyədə olmağı planlaşdırır.