Fransa texnologiya nəhəngi Microsoft-u kukilərdən istifadə siyasətinə görə 60 milyon avro cərimələyib.

Fransanın İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasından (CNIL) verilən açıqlamada, Microsoft İrlandiyanı insanların kukiləri asanlıqla qəbul etməsinə və eyni zamanda rahatlıqla imtina etməsinə icazə vermədiyi üçün cərimələyib.

Qeyd edək ki, internet kukilərinin əsas məqsədi fərdlər üçün fərdiləşdirilmiş veb səhifələr hazırlamaq və gələcək emal üçün məlumatları saxlamaqdır.