Neft şirkəti "Saudi Aramco" Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə 4 illik müqavilə imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki bu barədə “Saudi Aramco”nun bəyanatında deyilir.

Məlumata görə, bu müqaviləyə əsasən, şirkət 2026-cı il FIFA Dünya Kubokunda sponsorluq edəcək.

“Saudi Aramco” həmçinin 2027-ci il FİFA Qadınlararası Dünya Kubokuna tərəfdaşı olacaq. Bununla da şirkət çoxsaylı tədbirlərə sponsorluq etməklə FİFA-nın eksklüziv enerji tərəfdaşı olur.

Məlumata görə, 2027-ci ilin sonuna qədər qüvvədə olacaq müqavilə innovasiya və inkişafa dair ortaq öhdəlik üzərində qurulub və futbolun unikal qlobal əhatə dairəsini Səudiyyə şirkətinin innovasiya və ictimaiyyətlə əlaqə tarixi ilə birləşdirəcək.

 

Gözəl Həşimova