Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası aprelin 29-da keçiriləcək iclasında Pakistan iqtisadiyyatının sabitləşdirilməsi proqramı çərçivəsində 1,1 milyard dollar məbləğində sonuncu - üçüncü tranşın verilməsi məsələsinə baxacaq.

Bu barədə İqtisadiyyat.az “Daily Pakistan” qəzeti məlumat yayıb.

Məlumata görə, bu, İslamabada 2024-2025-ci maliyyə ilində xarici kreditlərin ödənilməsi üçün 24 milyard dollarlıq ödənişlə bağlı vəziyyəti yumşaltmağa imkan verəcək.

Ödəniş Pakistanın hazırkı valyuta ehtiyatlarının üç qatına bərabərdir və Pakistanı hələ də defolt riski altında qoyur.

 

Gözəl Həşimova