Futbol üzrə Azərbaycan milli yığma komandasının üzvü Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında cüdoçularımızın yarışlarını izləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mahir Emreli Xorvatiyanın “Dinamo Zaqreb” klubunda daşıdığı formasını cüdoçumuz Hidayət Heydərova hədiyyə edib.