Azərbaycandakı bankların 2024-cü ilin yanvar-mart aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 3 ayında bankların kreditlər üzrə faiz gəlirləri 729.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.4% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 610.4 milyon manat təşkil etmişdir.

Yanvar-mart ayında faizlər üzrə xərcləri isə 259.7 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 200.3 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.