"Türkiyə enerji idxalından asılılığını azaltmağa davam etməyi planlaşdırır və növbəti 10 il ərzində bərpa olunan və təmiz enerjiyə 100 milyard dollar sərmayə qoyacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək yerli iqtisadi forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, nüvə enerjisinə də şamil ediləcək, çünki nüvə stansiyaları təmiz enerji mənbələri kimi tanınıb:

“Yaxın 10 ildə bərpa olunan enerjiyə 100 milyard dollar sərmayə qoyulacaq. Bu, nüvə enerjisinə də şamil ediləcək, çünki nüvə stansiyalarının işə salınması ilə bizim xarici resurslardan asılılığımız azalmağa davam edəcək.

Enerji idxalından asılılığın azaldılması məsələsi strateji əhəmiyyət kəsb edir, çünki Türkiyə cari əməliyyatlar hesabının kəsiri və ya makromaliyyələşdirmə vəziyyətindən irəli gələn maliyyə risklərini daha yaxşı idarə edə biləcək”.

 

Gözəl Həşimova