Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tenderlərinin nəticələrinin qaliblərini açıqlayıb.

Qurum 4 tender üçün şirkətlərə 1 milyon 65 min 850 ödəyib.

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderlərinin qalibləri və tender müqavilələrinin məbləği aşağıdakı kimidir:

  • "Yussal Provision" MMC təsərrüfat malları – 291 min 344 manat;
  • "Yussal Provision" MMC dəftərxana malları – 293 min 726;
  • "Vıtes Group" MMC it yemlərinin satınalınması – 189 min 910 manat;
  • "TNT Engıneerıng" MMC istilik sistemlərinin çəkilişi və yenidən qurulması işləri – 290 min 870 manat.