Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 7 istiqamət üzrə monitorinq sisteminin və monitorinq qruplarının yaradılması ilə əlaqədar lazımı texniki avadanlıqların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İqtisadiyyat.az. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "B2B Group" MMC-dir.

Qalib şirkətə 1 415,2 min manat ödəniləcək.