Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC zirehli avtonəqliyyat vasitələrinin satınalınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə yanvarın 15-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun TTŞ-nin müdiri Oktay İsmayılovdur. (012) 493-56-00 (daxili 240).

Tenderin nəticəsi yanvarın 18-i, saat 12:00-da portalda açıqlanacaq.