"Son illərdə pilotsuz uçuş aparatları texnologiyaları sürətlə inkişaf edib. Avropada pilotsuz hava vasitələri bazarını daha da inkişaf etdirməliyik.”

Bu barədə Avropa İttifaqının nəqliyyat üzrə komissarı Adina Valean Brüsseldə Aİ-nin “Dron Strategiyası” ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Son zamanlarda dronların Avropada gəmilərin ekoloji qaydalara uyğunluğunu yoxladığını xatırladan Valean bu cihazların Dublində qida daşınmasında da istifadə edildiyini açıqlayıb. Bildirib ki, eyni zamanda dronlar vasitəsilə dağlarda axtarış və xilasetmə işləri aparılaraq, ən azı 10 nəfərin həyatını xilas edilib.

Valean gələcəkdə dronlarla daha çox çatdırılma olacağını və bunun sərnişinlər üçün yeni nəqliyyat xidmətləri kimi dəyərləndiriləcəyini deyib.

Dronların iqtisadi baxımdan da maraqlı olduğuna diqqət çəkən Valean bildirib ki, strategiya düzgün həyata keçirilərsə, 2030-cu ilə qədər pilotsuz təyyarə bazarı 14,5 milyard avro dəyərində ola bilər.