Ukrayna prezidenti Volodimir Zelenski həftə ərzində Rusiyaya qarşı müharibədə ən şiddətli toqquşmaların Donetsk vilayətinin Bəhmut və Soledar şəhərlərində cəmləşdiyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibədə son hadisələrlə bağlı məlumat paylaşıb.
Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı mübarizəsinin ölkəsinin müxtəlif bölgələrində davam etdiyini qeyd edən Zelenski, xüsusilə son bir həftədə ən qızğın toqquşmaların Donetskdə olduğunu bildirib.
Zelenski aşağıdakı ifadələrdən istifadə edib:
"Bu həftə ərzində ən gərgin toqquşmalar Donbasdakı Bəhmut və Soledarda cəmləşib. Biz öz mövqelərimizi saxlayırıq. Rusiya ordusu, ehtimal ki, Donetsk vilayətinin bu və digər rayonlarında iki Çeçenistan müharibəsinin birləşdiyindən daha çox insan və sursat itirib. ."

Məhəbbət Məmmədov