Avrasiya İqtisadi İttifaqında (Aİİ) sənaye istehsalı 2024-cü ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) "Telegram" kanalında məlumat verilib. 

Sənaye istehsalının artımı ittifaqa üzv olan bütün dövlətlərdə müşahidə olunub: Ermənistanda - 18,2%, Qırğızıstanda - 1%, Belarusda - 7,1%, Rusiyada - 4,4% və Qazaxıstanda - 2,8%.

Aİİ-də emal sənayesində istehsalın həcmi 7,9%, elektrik təchizatı, qaz, buxar və kondisionerləşdirmə - 4,2%, su təchizatı, kanalizasiya sistemi, tullantıların yığılması və paylanmasına nəzarət - 4,4% artıb. Buna paralel olaraq mədənçıxarma sənayesində və karxanalarda isə 0,2% azalıb.