Yaponiyanın Baş naziri Fumio Kisida Ukraynaya səfər edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi Fumio Kisidanın Ukraynaya səfər etdiyini təsdiqləyib.

Kisidanın Kiyevdə Ukrayna prezidenti V. Zelenski ilə görüşəcəyi gözlənilir.

Bu, Ukraynada müharibə başlayandan sonra Yaponiya Baş nazirinin bu ölkəyə ilk səfəridir.