Türkiyə vətəndaşlarının xaricdən aldığı mallara görə vergilər 66%-dən 100%-ə qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Fərmana əsasən, respublikadan kənarda alınan mallar və onların təcili çatdırılması üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.

15 gün sonra qüvvəyə minəcək sənədə görə, türklərin Avropa İttifaqı (Aİ) ölkələrində aldıqları mallara görə vergi alış məbləğinin 30 faizini, digər ölkələrdən isə 60 faizini təşkil edəcək. Əvvəllər Aİ ölkələrində alınan mallara görə vergi 18%, Aİ-yə daxil olmayan ölkələrdə 30% təşkil edirdi. 30 kq-dan çox olmayan malların çəkisi vergiyə cəlb edilmir.

Qeyd edək ki, Türkiyədə elektron ticarət geniş yayılıb. Çox vaxt yerli sakinlər "Amazon", "AliExpress", "Temu" kimi platformalar vasitəsilə xaricdən mal alırlar. Hökumətin proqnozlarına görə, bu ilin sonunda Türkiyədə elektron ticarətin həcmi 61 milyon dolları keçəcək.

 

Gözəl Həşimova