"Dünya yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzədir".

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, həm də beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir. Nüvə müharibəsində qalib ola bilməz və belə bir müharibə heç bir halda başlanmamalıdır. Nüvə silahı təhlükəsini aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir”, - deyən Quterreş bunun dünyanın üzləşdiyi real təhlükə olduğunu vurğulayıb.

 

Gözəl Həşimova