“Turan Tovuz” daha bir futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Bruno Qonçalves yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, 27 yaşlı braziliyalı mərkəzi müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qonçalves yay fasiləsində “Turan Tovuz”u tərk edən ikinci əcnəbi olub. Ona qədər hücumçu Belaydi Pusi “Şamaxı”ya keçmişdi.

Qeyd edək ki, “Turan Tovuz” Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov və Kamal Bayramovla da yollarını ayırıb.