Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasına çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Puumalainen (Finlandiya) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Kim Yon Çen (Koreya) ilə görüşəcək.

Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq