Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əlincə” Stolüstü Tennis İdman Klubu İctimai Birliyi ləğv olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, təşkilat bir müddətdir fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “Əlincə” Stolüstü Tennis İdman Klubu 2013-cü ildə muxtar respublikanın Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyətə başlayıb.