Türkiyənin bu ilin yanvar-iyun ayları ərzində zərgərlik məmulatları ixracından gəliri ötən ilin eyni dövrünə görə 13,10% artaraq 3 milyard 50 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zərgərlik İxracatçıları Birliyi məlumat açıqlayıb.

Məlumata görə, bu dövrdə zərgərlik məmulatlarının ixracında artım tendensiyası davam edib. Bununla da Türkiyənin qlobal zərgərlik bazardakı payı 4%-dən 7%-ə yüksəlib.

Bildirilib ki, 2018-ci ildə 110 milyard 688 milyon 492 min dollar olan dünya zərgərlik ticarətində Türkiyənin payı 4 milyard 412 milyon 230 min dollar təşkil edib.