Amerikanın istehlak malları istehsalçısı "Colgate-Palmolive" şirkətinin ikinci rübdə xalis mənfəəti 4,9% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Hesabat dövründə şirkətin xalis mənfəəti 502 milyon dollardan 731 milyon dollara yüksəlib. Səhm başına qazanc isə 60 sentdən 89 sentə yüksəlib.
Bundan əlavə, "Colgate-Palmolive"in rüblük gəliri 4,9% artaraq 5,05 milyard dollara çatıb.
Gözəl Həşimova