“8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzində baş verən yanğınla əlaqədar yollarda sıxlıq yaranıb

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.