İtaliyanın neft-qaz şirkəti "Eni"nin bu ilin ikinci rübündə xalis mənfəəti 2 dəfədən çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Hesabata görə, ikinci rüb əzində şirkətin xalis mənfəəti 661 milyon avroya yüksəlib. Halbuki, ötən ilin eyni dövründə "Eni"nin mənfəəti 294 milyon avro təşkil edib.

Şirkət mənfəətinin kəskin artması nəticəsində səhmlərin geri alınması tempini sürətləndirməyi planlaşdırır.

"Eni"nin rüblük gəliri isə 11% artaraq 21,72 milyard avroya çatıb.

Qeyd edilib ki, bu ilin əvvəlindən "Eni"nin kapitallaşması 8,65% azalaraq 45,59 milyard avroya düşüb.

 

Gözəl Həşimova