Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

18:09

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.

Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.